Hüquqşünas: "Sübut olunub ki, Kamran və bacısı dələduzluqla məşğuldur" AÇIQLAMA
Müğənni Samir Priyevin hüquqşunası Ruslan Əhmədoğlu Kamran Həsənli ilə ifaçı arasında baş verən son hadisələrin gedişatından danışıb. SİA-ya bu haqda Ruslanın özü məlumat verib: "Bu günlərdə Bakı şəhər Baş Polis İdarəsi aparıcı Kamran Həsənlinin bacısı Gülər Həsənlini Bakıya gətirib. Gülər xanım istintaqa ifadə verib. O, ifadəsində hər şeyi olduğu kimi danışaraq, etiraf edib. G.Həsənli bildirib ki, Samir Priyevin pulunu qardaşı ilə əvvəlcədən planlaşdıraraq dələduzluq yolu ilə ələ keçiriblər. Onlar Samirin etibarından sui-istifadə edərək pullarını mənimsəyiblər. Gülər xanımın bu ifadəsi Kamran Həsənlini daha da çətin vəziyyətə salıb. İstintaq zamanı həqiqətən də sübut olunub ki, K. Həsənli və G.Həsənli dələduzluqla məşğuldurlar. Yaxın günlərdə istintaqın gedişatı barədə Samir Priyevin vəkili Ceyhun Yusifov tərəfindən geniş açıqlama veriləcək".
Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin və bacısı Gülər Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini bildirib. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB