Türkiyə futbol yığmasının Avro 2016-da İspaniyaya 3:0 hesabı ilə məğlub olması sosial mediada etirazlara səbəb olub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, fanatlar ən çox baş məşqçi Fatih Terim və kapitan Arda Turanı təhqir ediblər. Onlar hətta F.Terimin qızı, moda bloqqeri Buse Terimin "İnstagram"ına hücum ediblər.
Hamilə olan Buseyə övladının ölməsini arzu edən insanlar söyüşlər və qarğışlar yazıblar. Onların bu hərəkəti digərləri tərəfindən "qeyri-insanlıq" adlandırılıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB