Bəstəkar Nailə Mirməmmədli "Azərbaycanın səsi" yarışmasındakı münsiflərdən biri olacaq. SİA-ya bu haqda Nailə xanımın özü danışıb: "Münsif kimi çox az layihələrdə iştirak etmişəm. Həmin yarışda iştirak edən hər kəsə çalışacam ki, düzgün yola istiqamətləndirim. Məni iştirakçının layihədən sonrakı fəaliyyəti önəmlidir. Əgər yarışmaçının səsi varsa, kənarda qalmasın. Tələbələrim çoxdur, kimi adımı çəkir, kimisi yox. Öz bəhrəmə baxanda sevinirəm. Həmin layihədə iştirak edəcək yarışmaçılara uğurlar arzu edirəm".
Qeyd edək ki, "Azərbaycanın səsi"nin digər münsifləri xalq artisti Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan və müğənni Elton Hüseynəliyevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB