Müğənni Kris Braun papaq payladı FOTOLAR

Müğənni Kris Braun papaq payladı FOTOLAR

"Formula-1" yarışlarının birinci günü ilə bağlı Dənizkənarı Milli Parkda konsert keçirilib. SİA-nın verdiyi xəbərə görə, konsertdə amerikalı müğənni, bəstəkar və rəqqas Kris Braun səhnəyə çıxıb.

Konsertdə öncə səhnəyə aparıcı Murad Dadaşov çıxaraq hər kəsi salamlayıb və "Formula- 1" yarışlarının əhəmiyyətindən danışıb. Daha sonra tamaşaçıların qarşısında Kris Braun görünüb. O, gecədə hit mahnılarını səsləndirib. Əcnəbi müğənni konsert zamanı şou göstərməyi də unutmayıb. Belə ki, ifaçı papağını çıxarıb tamaşaçılara tərəf atıb və səhnəyə yenisi ilə çıxıb. Sonra köynəyini soyunub sevənlərinə hədiyyə edib. Sonda Kris ikinci papağını da konsertə gələnlərə hədiyyə edib.

Qeyd edək ki, bu gün konsertdə Enrike İqlesias səhnəyə çıxacaq. Bundan əlavə iyulun 19-da Farel Vilyams və Roberto Kel Torres də Bakı tamaşaçılarının görüşünə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə