Enrike İqlesias Azərbaycanda FOTOLAR

Enrike İqlesias Azərbaycanda FOTOLAR

"Formula 1" oyunları ilə bağlı Bakıda konsert verəcək dünyaca məşhur müğənni Enrike İqlesias artıq paytaxtımızın qonağıdır. SİA-nın verdiyi xəbərə görə, ifaçının şəklini konsertin təşkilatçısı Anar Reybend paylaşıb.

O, fotonun altına "Bakıya xoş gəldin, dostum" şərhini yazıb. İfaçının "fan" səhifəsində də Bakıdan fotosu paylaşılıb.

Qeyd edək ki, dünya ulduzu bu gün Dənizkənarı Milli Parkda konsert verəcək. "Latın Pop Musiqisinin Kralı" kimi tanınan ispan əsilli müğənni səhnədə özünün "Hero", "Bailamos" və "I Like It" kimi məşhur hitlərini səsləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə