Əli Mirəliyev İlhamə Quliyevanın köməkçisinin sözlərini dandı: "Açar Orxanda olub" AÇIQLAMA

Əli Mirəliyev İlhamə Quliyevanın köməkçisinin sözlərini dandı: "Açar Orxanda olub" AÇIQLAMA

Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Fatma Əliyeva sənətçinin qızıllarını və evin açarlarını Ə.Mirəliyev və onun qızı Samirəyə verdiyini söyləyib.

Məsələ ilə əlaqədar olaraq müğənni Əli Mirəliyevin fikirlərini öyrəndik. SİA-ya açıqlama verən ifaçı bunları dedi: "Xalq artisti İlhamə Quliyeva ölən günü mən və qızım yanında idik. İlhamə xanım morqa aparılmadan öncə cəsədini öpüb, qucaqladım. Onun sol tərəfi göyərmişdi. Həmin an qızım və məndən başqa həkimlər var idi. Onun evinin balaca otağının açarı qızımda idi. O da baş qarışıqlığında açarın itməməsi üçün mənə verdi. Mən də cibimə qoydum. Sonra açarı Orxan məndən aldı. Söylədi ki, həmin otaqda seyf var. Oradan dəfn üçün pul götürməlidir. Qızım və mən həmin gündən sonra açar görməmişik. Açar Orxanın özündə olub. Qaldı ki, İ.Quliyevanın bacısı Gülbahar Quliyevanın dediyinə görə, sənətçi dünyasını dəyişəndən sonra evdən bir çox əşyalar itib. Mən buna inanmıram. Çünki belə bir hadisənin olması mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə