Dünyaca məşhur müğənni Rihanna atası Robert Fenty üçün Barbadosda 1.8 milyon dollarlıq villa alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ifaçının 66 yaşlı atası onun bu hədiyyəsini çox bəyənib və kövrəlib: "Rihanna bir neçə evin şəklini mənə göstərərək seçim etməmi istədi. Həmin evlərdən ən bahalısını deyil, həyəti olanı seçdim. Bu evdə çox xoşbəxtəm. Çünki sakitçilikdir. Eyni zamanda mənzilin həyətində ağaclar var".
Qeyd edək ki, sənətçi atası ilə maraqlanır və bütün ehtiyyaclarını ödəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB