Xalq artisti: "Səhhətimdə problem yaranıb" AÇIQLAMA

Xalq artisti: "Səhhətimdə problem yaranıb" AÇIQLAMA

Xalq artisti Nisə Qasımovadan xəbər var. SİA-ya danışan sənətçi bunları deyib: "Hazırda Ramazan ayı olduğu üçün el şənlikləri yoxdur. Bu ay adəti üzrə həmkarlarım yeni layihələr etməyi, mahnılar yazdırmağı üstün tuturlar. Lakin mən belə düşünmürəm. Çünki müğənni ayından asılı olmayaraq hər zaman işləməlidir. Amma mən hələ ki, heç bir yenilik edə bilmirəm. Çünki səhhətimdə bir az problem yaranıb. Müalicə olunuram. Bu haqda çox danışmaq istəmirəm. Orucluqdan sonra yaradıcılığımda yenilik edəcəm. Planlaşdırdığım işləri öncədən demək mənə düşmür. Ramazan bayramından sonra dinləyicilərimi sevindirəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə