Xalq artisti klip çəkdirir AÇIQLAMA

Xalq artisti klip çəkdirir AÇIQLAMA

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli yaradıcılığında növbəti uğura imza atacaq. SİA-ya bu haqda bəstəkarın özü açıqlama verib: "Sənət dünyamda yenilik edəcəm. Belə ki, xalq artisti Samir Cəfərovla iş birliyi qurmuşuq. Ona yeni mahnı təqdim etmişəm. Bəstə "El anası" adlanır. Mahnının sözləri Tofiqə aiddir. Bu mahnı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya aiddir. Samir Cəfərov "El anası" adlı mahnını ekranlaşdırır. Klip Mehriban xanımın ad günündə təqdim olunacaq".

N.Məmmədli yeni kitabının işiq üzü görəcəyini də söyləyib: "Bildiyiniz kimi, uşaqlara aid mahnılar çox azdır. Buna görə də körpələr üçün kitab çıxardıram. Kitabda mənim və Hikmət Mirməmmədlinin bəstələri olacaq"

Bütün xəbərlər Facebook səhifəmizdə