Aranjemançı Fərid İmanın müğənni bacısı Fəridə Qaradəniz repertuarını təzələyib. SİA-ya bu haqda aranjemançının özü məlumat verib: "Bacım Fəridə Türkiyədə bir çox yarışların qalibi olub. Hazırda da onunla yeni iş birliyi etmişik. Belə ki, gənc ifaçı İsmayılla duet oxuyub. "Mən özüm səni tərk edirəm" adlı bəstəni mən aranjeman etmişəm. İsmayılın səsinə bələd olduğum üçün bacımla duet oxumasına razılıq verdim. İsmayıl gözəl səsə malikdir. Ona hər zaman dəstək olacam. Onu da qeyd edim ki, İsmayıl tezliklə albom çıxarmağı düşünür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB