Rza Zərrabın tələbi rədd edildi

ABŞ-da həbs olunan iş adamı Rza Zərrabla bağlı növbəti məhkəmə iclası keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni Ebru Gündeşin həyat yoldaşı olan Zərrab vəkili Bencamin Brafman vasitəsilə məhkəməyə 10 milyonu nağd olmaqla 50 milyon dollar təzminatla azadlığa buraxılma tələbini irəli sürmüşdü.

Nyu-York cənub bölgəsinin hakimi Prit Bharara məhkəmənin Cənubi Azərbaycanlı iş adamının təzminatla azadlığa çıxmasının əleyhinə qərar verdiyini bildirib.

Xatırladaq ki, R.Zərrab E.Gündeş və qızı ilə birgə Mayamidə istirahət edərkən həbs olunub. ABŞ hökuməti ona qarşı fırıldaqçılıq, "çirkli pullar"ın yuyulması ittihamıyla iş açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə