Aktrisa: "Burak Özçivitlə rahatlıqla işləyirəm" FOTOLAR

Aktrisa: "Burak Özçivitlə rahatlıqla işləyirəm" FOTOLAR

"Kara sevda" serialında "Asu" obrazı rolu ilə məşhurlaşan Melisa Aslı Pamuk özü haqqında maraqlı etiraflar edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa həyatda çox şən, deyib-gülməyi sevən biri olduğunu söyləyib.

Serialda canlandırdığı "Asu" obrazından da söz açan Melisa rolunu çox sevdiyini deyib: "Asu "Mən həll edərəm" duyğusu ilə yaşadığı üçün bəzi hallarda həqiqəti gizlətmək məcburiyyətində qalır. Çiyninə ağır yük götürür. Həyatda da məni sevməyən birinə aşiq olsam, eşqimdən imtina etməzdim, qəti şəkildə hislərimin arxasınca gedərdim".

Həmkarı Burak Özçivitin işinə olduqca peşəkar yanaşdığını bildirən Melisa onun bir şəxsiyyət kimi də üstün biri olduğunu deyib:"İşinə sahib çıxan və sənətini çox sevən biridir. Buna görə də onunla böyük zövqlə və rahatlıqla işləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə