Kərim Abbasov konsert verəcək AÇIQLAMA

Kərim Abbasov konsert verəcək AÇIQLAMA

Müğənni Kərim Abbasov yaradıcılığında yeniliklər etməyi planlaşdırır. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "Hazırda Ramazan ayıdır. Özüm də oruc tutmuşam. Sənətimdə yeni işlər görürəm. Belə ki, əməkdar artist Mətanət İsgəndərli ilə oxuduğum dueti ekranlaşdıracam. Bundan başqa Gəncədə konsert verəcəm. Konsert avqust ayında baş tutacaq. Gecədə fəxri qonaq olmayacaq. Özüm səhnədə şou göstərərək sevənlərim üçün unudulmaz gecə yaşadacam".

Kərim yeni fotosessiya etdirəcəyini də deyib: "Bilirsiz ki, şəkil çəkdirmək mənim xobbimdir. Kamera qarşısına keçməyi çox sevirəm. Yenidən fotosessiya etdirəcəm. Fotolarımı hər zamankı kimi fotoqraf Elgün Zaman lentə alacaq. Fotokamera qarşısına keçməyi Ramazan bayramından sonra planlaşdırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə