Fərda: "Türkiyədə çəkildiyim filmin qonorarları olduqca aşağıdır" AÇIQLAMA-FOTO
Aktyor-şoumen Fərda Xudaverdiyev Türkiyədə filmə çəkilib. Bu haqda SİA-ya aktyorun özü açıqlama verərək, ekran işinin kinokomediya olduğunu söyləyib: "Xeyli vaxt idi ki, qardaş ölkəyə getmişdim. Belə ki, Bakıda 20-yə yaxın aktyora "Aşka gəldik" adlı filmdə rol almaları üçün təklif gəlmişdi. Həmin 20 nəfərin arasında mənim adım da var idi. O aktyorlar arasında seçilərək sözügedən ekran işində rol aldım. Əsas rollarda məndən başqa 3 nəfər də çəkilib. "Aşka gəldik" adlı filmin rejissoru Muharrem Özabatdır. Xüsusi ilə qeyd edim ki, mənim türk filmində çəkilməyimə əsas məqsəd Azərbaycanı aktyor kimi qardaş ölkədə təbliğ etməkdir. Peşəkar insanlarla eyni ekran işində çiyin-çiyinə vuruşmaq böyük uğurdur. Hələki film üçün qonorar almamışam, yaxın günlərdə ödəniləcək. Qonorarlar olduqca aşağıdır. Amma ümid edirəm ki, əziyyətim yerdə qalmayacaq. Belə ki, "Aşka gəldik" adlı ekran işi Türkiyə ilə yanaşı Bakıda da nümayiş olunacaq. Tamaşaçılar tərəfindən baxılaraq, bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB