"Kara sevda" serialının baş rol aktrisası Neslihan Atagül nişanlısı Kadir Doğulu evlənməyə hazırlaşır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, iyulun 8-də nikaha daxil olacaq cütlüyün toyunun bəzi detalları məlum olub. Neslihan və Kadirin Kanlıcadaki dəniz mənzərəli oteldə baş tutacaq toyunun dəvətnamələri artıq hazırdır. Təbii yarpaqlardan hazırlanmış dəvətnaməyə cütlük "toy mərasimimizə dəvətlisiniz" sözü ilə yanaşı, "uşaqlara şirin yuxular" sözünü də yazmağı unutmayıblar. Cütlük saat 19:30-da kəsiləcək nikahdan sonra qonaqları ilə gecə yarısına kimi əylənəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB