Yaşar Cəlilov: “Röya ilə duet oxusam, mənə uğur gətirər” AÇIQLAMA

Yaşar Cəlilov: “Röya ilə duet oxusam, mənə uğur gətirər” AÇIQLAMA

Müğənni Yaşar Cəlilov əməkdar artist Röya Ayxanı ad günü münasibəti ilə təbrik edib. SİA-ya açıqlama verən ifaçı Röya ilə duet oxumaq istədiyini də açıq-aşkar söyləyib: "Bu gün Röyanın doğum günüdür. Onu ad günü münasibəti ilə təbrik edirəm. Röyanın səmimiyyətini, ifasını, özünü çox istəyirəm. Əzizim, dostumdur. Həmin sənətçi mənim üçün bir nömrədir. Onu da deyim ki, Röyayla yaradıcılıq baxımından bir araya gəlmək istərdim. Röyayla duet oxumaq mənimlə yanaşı, bir çox həmkarlarımın arzusudur. Onunla duet oxusam, çox yaxşı olar. Yaradıcılığımda mənə böyük uğur gətirər".

Bütün xəbərlər Facebook səhifəmizdə