Zorik kimi tanınan rejissor Zöhrab Ağayev haqqında gəzən dedi-qodulara son qoyub. Hazırda Türkiyədə olan rejissor SİA-ya açıqlama verib: " Şou-biznesin bəzi ağzıgöyçək müğənnilər haqqımda lazımsız sözlər danışırlar. İstanbulda olmağıma baxmayaraq, hər şeydən xəbərim var. Guya deyirlər ki, Zoriki Bakıya buraxmırlar. Amma belə bir qadağa yoxdur. 3-4 aydan biri Bakıya, ailəmin yanına gəlirəm.
Bir müddət öncə ölkədən çıxmağım üçün problem yaranmışdı. Belə ki, keçən il yay mövsümündə vətənə geri döndüm. Ailəmi ziyarət edib, Dubaya, sonra isə İstanbula səyahət edəcəkdim. Artıq biletlərimi belə almışdım. Hava limanına yaxınlaşanda mənə söylədilər ki, küllü miqdarda vergi borcum var. Mən də söylədim ki, fəaliyyətimi 3 ildir ki, dayandırmışam, Bakıda yaşamıram. Mənə israrla bildirdilər ki, borcunuz var. Siz Dubaya uça bilməzsiniz. Mən də məyus halda Vergilər Nazirliyinə müraciət etdim. Onlar hər şeyi aydınlaşdırdıqdan sonra bildirdilər ki, 1 qəpik belə olsun, borcunuz yoxdur, rahat ölkəni tərk edə bilərsiniz. Biletlərimin saatını dəyişib, axşam reysi ilə getməyi planlaşdırdım. Yenə mənə Bakı aeroportunda problem yaratdılar. Azərbaycanı tərk etməyə icazə vermədilər. Yenidən bildirdilər ki, Vergilər Nazirliyinə borcum var. Mən onlara izah etməyə çalışsam da, məni anlamadılar. Əlimi kəsdim, ağladım. Xeyri olmadı. Pis vəziyyətdə evə qayıtdım. Səhəri gün Daxili İşlər Nazirliyinə məktub yazdım. Mənə nazirlikdən cavab gəldi ki, Bakıdan çıxışıma heç bir məhdudiyyət qoyulmayıb.

Daha sonra Vergilər Nazirliyini məhkəməyə verdim və qalib gəldim. İşimə düzgün baxdıqları üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə təşəkkür edirəm.

Həmin günün axşamı küsərək, ölkəni tərk etdim. Bu haqda heç kimə danışmadığıma görə barəmdə əsası olmayan məlumatlar yayırlar. Həmin insanlara fikir vermirəm. Xüsusi ilə qeyd edim ki, mən öz ölkəmi çox sevirəm. Azərbaycanın qayda-qanunlarına hörmətlə yanaşıram. Bu açıqlamamdan sonra hər kəs öz yerini bilsin. Yalandan haqqımda insanların beynində pis fikirlər yaratmasınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB