Bakıda konsert verməyə hazırlaşan müğənni Otilia azərbaycanlı sevənlərinə müraciət edib. SİA-nın məlumatına görə, ifaçı hər kəsi Ramazan bayramı münasibətiylə baş tutacaq konsertə dəvət edib.
Qeyd edək ki, gecə iyulun 8-də restoranların birində baş tutacaq. Otilia ilə yanaşı səhnəyə türkiyəli müğənni Murad Dalkılıç da çıxacaq.
Konsertə biletlərin qiyməti 250 manatdan 300 manata kimidir. Qiymətə yemək də daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB