"Kiralık aşk"ın yaraşıqlı aktyorundan: "Çox bəzənən xanımları sevmirəm"
"Kiralık aşk" serialı ilə daha da sevilən türkiyəli aktyor Barış Arduç jurnalların birinə müsahibə verib.
SİA müsahibənin bir hissəni təqdim edir:
- Çay, yoxsa qəhvə?
- Qəhvə.
- Gizli bir istedadınız varmı?
- Təbil çalmağı öyrənirəm. Çala biləndə, bunu hamıya göstərməyəcəm. Gizli bir istedadım olacaq.
- İlk məhəbbətinizi xatırlayırsınızmı?
- Bəli, anam.
- Hansı xanımları daha seksual hesab edirsiniz?
- Təbiiliyi və sadəliyi olan xanımları. Çox bəzənən xanımları sevmirəm.
-Arduçun daxilində nə qədər Ömer xarakteri var?
- Qismən oxşarlıqlar var. Ömər bir az sakitçiliyi, tənhalığı sevən biridir. Mən tam olaraq belə olmasam da, bəzən Ömər kimi susmağa, tənhalığa çəkilməyə can atıram. Kiminləsə ilk dəfə tanış olanda, çalışıram ilk danışan yox, dinləyən tərəf olum.
- Sevdiyinizi həyatınızda Ömər qədər gözləyə bilərdiniz?
-Yəqin ki, gözləməzdim. Çünki 50 hissə boyunca sevgini bildirməmək böyük səbr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB