Əməkdar artist Səlim Abbasovun müsahibəsini SİA oxucularına təqdim edirik:
-Yaradıcılığınızda hansı yenilik var?
-Uşaqlar üçün yeni lahiyə hazırlamışam. Bu proyekti illərdir ki, həyata keçirə bilmirdim. Hazırda bu işlə məşğulam. Eyni zamanda yeni mahnı üzərində çalışıram.
-Efirlərdə görünməməyinizə səbəb nədir?
-Futbol oynayarkən sol ayağım sınmışdı. Xeyli müddətdir ki, müalicə alıram. Ona görə də verilişlərdə iştirak edə bilmirəm. Səhhətim yaxşı olandan sonra yenidən tamaşaçılar məni görə biləcək.
-Sizi xalq artisti Zeynəb Xanlarova ilə tez-tez görürük..
-Sənətkar Zeynəb Xanlarovanı çox istəyirəm. O da mənim gördüyüm işlərə qarşı biganə deyil. Belə ki, ifa etdiyim mahnıları çox bəyənir. Eyni zamanda xalq artisti Əlibaba Məmmədov mənə dəstəkdir. Məni görəndə öpüb, qucaqlayır.
-Xalq artistlərinin sizə dəstək olduğu halda niyə konsert verməyi düşünmürsünüz?
-Konsert keçirməyi fikirləşirəm. Hətta konsert verməyim üçün Heydər Əliyev Sarayından təklif gəlib. Sadəcə olaraq, özümü konsert üçün hazır görmürəm. Konsert versəm, qeyri-adi edəcəm.
-Klublarda konsert keçirən həmkarlarınıza münasibətiniz necədir?
-Son günlər yerli şou-biznesdə klubda konsert verən sənətçilərin sayı artıb. Klubda müğənni tamaşaçıları ilə daha da yaxında ünsiyyətdə olur. İfaçı sarayda konsert verəndə isə sevənlərindən uzaq düşür, səhnədə rahat hərəkət edə bilmir. Əsas odur ki, müğənni konsert versin.
-Sosial şəbəkələrin aktiv üzvüsüz. Sizi orada tənqid edənlər çoxdur?
-Ərəb mahnısı "Allem"i ifa etdiyim üçün məni qınadılar. Bildirdilər ki, "Bu bəstə oxunub. Yenidən niyə ifa edirsiz? Sizin səslənmənizdə mahnını bəyənmədik. Mahnıda skripkanın heç yeri yoxdur". Bu cür tənqidlər edirlər. Amma mən bir çox hallarda məni tənqid edənlərə cavab vermirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB