Azərbaycanlı model Hülya Avşarın təklifini rədd etdi FOTOLAR

Azərbaycanlı model Hülya Avşarın təklifini rədd etdi FOTOLAR

Model Rəcəb Rəcəbli Türkiyəli müğənni Hülya Avşardan gələn təklifə rədd cavabı verib. Bu haqda SİA-ya modelin özü danışıb: "Türkiyənin məşhur müğənnisi Hülya Avşar məni yeni çəkdirmək istədiyi ekran işində görmək istəyirdi. Çəkilişə razılıq verdim. Lakin iş planımız baş tutmadı. Belə ki, qonarar məsələsində razılığa gələ bilmədik. Ondan 20 000 dollar qonarar tələb etsəm, də Hülya mənə yalnız 15000 TL ödəyə biləcəyini açıqladı. Onu da qeyd edim ki, mən sözügedən xanımın artıq ikinci dəfədir ki, arzusunu ürəyində qoyuram. Çünki Hülya Avşar mənə 2013- cü ildə "Bana bir koca lazım" adlı mahnısının ekran işində də çəkilmək üçün müraciət etmişdi. Yenə də qonarar məsələsində ortaq məxrəcə gələ bilməmişdik".

Rəcəb Rəcəbli hazırda bir neçə yerdən təklif gəldiyini də söyləyib: "İyun ayının sonu Amerikada New-York moda tanıtım həftələrində və İtalyada məşhur firmaların yeni kolleksiyalarında model olaraq iştirak edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə