Amerikalı müğənni, "Səs" ("The Voice") layihəsinin iştirakçısı Kristina Qrimmiyə sui-qəsd edilib. Müğənni Florida ştatının Orlando şəhərində konsertdən sonra hücuma məruz qalıb. Şəhər polisinin məlumatına görə, Qrimmi aldığı yaralardan xəstəxanada keçinib.
Hadisə Plaze Live konsert salonunda baş verib. Kristina Qrimmi burada "Before You Exit" qrupu ilə birgə çıxış edirdi. Avtoqraf-sessiya zamanı müğənniyə yaxınlaşan naməlum şəxs ona tapançadan atəş açıb. Hücum edən şəxs daha sonra intihar edib. Həkimlərin səyinə baxmayaraq, ağır yaralanan müğənninin həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbi indiyədək aydınlaşmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB