Rusiya estradasının tanınmış müğənnisi Kristina Qrimmdən pis xəbər var. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı səhnədə güllələnib. Belə ki, Orlandoda konsert verən sənətçi səhnədən enən zaman bir kişi tərəfindən silahla atəş açılıb. Həmin kəs daha sonra özünü də vurub. Günahkar özünü güllələdikdən sonra yerindəcə dünyasını dəyişib. Qrimmin qardaşı atəşin qarşısını almağa çalışsa da bacarmayıb.
Qeyd edək ki, müğənni hazırda xəstəxanada ağır vəziyyətdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB