32 yaşlı aktrisa-model Amber Rose ilə müğənni Wiz Khalifa boşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "dostca ayrılaq" deyən cütlük klublarında birində boşandıqları üçün həmin günü qeyd ediblər. Müğənni 3 yaşlı oğlu Sebastian üçün hər ay 43 min təzminat ödəyəcək. Bundan başqa ifaçının mülkü keçmiş xanımı ilə aralarında bölünüb.

Amber Rose boşanmaları haqda bunları deyib: "Düşünürəm ki, ikimiz də həyatdan başqa şeylər istəyirdik. Evlilik asand deyil. Boşanmağımıza rəğmən hələ də bir-birimizi sevirik. Bir-birimizi sevdiyimiz halda necə dost qalacağımızı anlamıram. Boşansaq da o oğluma görə mənim evimə, mən də onun evinə gedəcəm. Onu da deyim ki, Wiz hər gün bir klubda müxtəlif qadınlarla birlikdə görüntülənir. Ancaq məni bir kişi ilə görən zaman qınayırlar. Söyləyirlər ki, "Sən necə anasan? Səni buna görə ərin boşayıb". Yəni mənim yaşamağa, qadın olmağa haqqım yoxdur? Hər yanımda gördüyünüz kişi ilə "sevgilisinizmi?" sualından bezdim. Artıq yalnızam. Nə istəyirəmsə, onu da edəcəm".

Qeyd edək ki, model-aktrisa Amber Rose Kanye West adında bir bəylə sevgi münasibətləri yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB