Özünü Tarkana bənzətdi və... AÇIQLAMA

İfaçı Röyaya söz atdı
Özünü Tarkana bənzətdi və... AÇIQLAMA

Əməkdar artist Səlim Abbasov bir çox müğənniləri müraciət etdiyi bəstəni səsləndirib. SİA-ya bu haqda ifaçının özü məlumat verib: ""Bağdad" türk mahnısını bir neçə həmkarlarım oxudu. Mən də bu bəstəni ifa etdim. Fikrimcə, mən "Bağdad" mahnısını ifa edən bütün müğənnilərdən fərqli oxumuşam. Eyni zamanda bəstəni skripkada çalmışam. Əlavə səs artırmışam. Mahnıda heç kimin etmədiyi yeniliyə imza atmışam. Sanki "Bağdad" mahnısını Tarkanın janrı kimi ifa etmişəm. Deyilənlərə görə, bu bəstəni Röya oxuyandan sonra sevilib. Amma bu fikirlə razılaşmıram. Çünki "Bağdad" mahnısını aparıcı Beyazıt Öztürk ifaçı Ayla Çeliklə səsləndirdikdən sonra partlayış oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə