Xəstəxanada olan aparıcımız evə buraxılıb AÇIQLAMA-FOTO

Xəstəxanada olan aparıcımız evə buraxılıb AÇIQLAMA-FOTO

Xəbər verdiyimiz kimi aparıcı Azər Süleymanlı əməliyyat olunub. SİA-ya açıqlama verən aparıcı xəstəxanadan evə buraxıldığını deyib: "Xəstəxanadan yeni çıxmışam. Artıq ev şəraitində müalicəmi davam etdirirəm. Yavaş-yavaş toparlanmağa çalışıram. Məncə, məni sevənlərə xəstə halım yox, indiki durumum daha çox maraqlıdır. Çox şükür ki, yaxşılaşıram. Xəstəxanada olarkən mənə diqqət göstərən hər kəsə təşəkkür edirəm".

Aparıcı tezliklə efirə qayıdacağını da söyləyib: "1-2 həftədən sonra verilişimə davam edəcəm. Sevimli işimə, əziz izləyicilərimə geri dönəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə