Filipp Kirkorov Emin Ağalarova görə Bakıya gəlir

Filipp Kirkorov Emin Ağalarova görə Bakıya gəlir

Bu il Xəzər dənizi sahilində Emin Ağalarovun təşkilatçılığı ilə "Jara" adlı musiqi festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, konsert ifaçının sahib olduğu məkanda iyulun 9-da və 10-da baş tutacaq. Həmin gecəyə Rusiya şou-biznesinin tanınmış simaları, eləcə də xalq artisti Zülfiyyə Xanbabayeva səhnəyə çıxacaq.

Məlum olub ki, qonaqlar arasında Rusiyanın xalq artisti Filipp Kirkorov da yer alacaq. Bu haqda Filipp İnstarqam səhifəsində paylaşdığı videoda deyib.

O, "İsti olacaq, çünki orada mən olacam" deyə, vurğulayıb. Emin isə "O, həqiqətən də olacaq və bu möhtəşəm olacaq" deyə, əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə