Müğənni: "Şou-biznesdəki dostlarım mənimlə pul söhbəti etmir" MÜSAHİBƏ
Müğənni-bəstəkar Ceyhun Əliyevin müsahibəsini SİA oxucularına təqdim edirik:
-Bir çox məşhur müğənnilərə iş birliyiniz olub. Röyayla yenidən bir araya gəlmək istərdinizmi?
-Röya illər öncə mənə məxsus olan "Ürəyim" mahnısını səsləndirib. Ola bilsin ki, həmin ifaçıya yenidən mahnı yazım. Röya sevilən sənətçimizdir. Səhnəmizin şıltaq sənətçilərindəndir.
-Hazırda sizə hansı müğənnilərdən təkliflər gəlib?
-Məndən mahnı gözləyən məşhur ifaçılar çoxdur. Müğənnilərdən təklif gəlməklə deyil ki, əsas odur ki, məndə həvəs olsun. İçimdə həmin kəslərə sevgi bəsləyim.
-Yeni lentə aldırdığınız "Nə yaxşı ki, varımsan" mahnısını Aygün Kazımovaya həsr etmisiniz. Orada Aygün xanıma sevginizi bildirirsiniz. Bu sevgi etirafının dedi-qodulara səbəb olacağından narahat olmursunuz?
-Xeyir, heç nədən çəkinmirəm. Çünki Aygün Kazımovanı sənət dostu kimi sevirəm.
-Xanımınız bu etirafınızdan sonra qısqanmadı?
-Mən həyat yoldaşıma "Nə yaxşı ki, varımsan" bəstəsini yazanda söylədim ki, məni Aygün Kazımovaya qısqanmasın. Əgər həqiqətən Aygün xanımla sevgi münasibəti yaşasaydım heç vaxt açıq-aşkar sevdiyimi deməzdim.
-Xanımınıza nə vaxtsa, xəyanət etmisinizmi?
-Kişi hər zaman həyat yoldaşına hörmət etməlidir. Allah bütün ailələri mərdimazardan uzaq etsin. Biz kişilər ailəmizə görə işləyirik.
-Konsert verməyi düşünürsünüzmü?
-Konsert keçirmək istəyirəm. Amma öz cibimdən xərc çəkib, konsert vermək niyyətində deyiləm. Konsert keçirmək üçün sponsorlar olmalıdır. Möhtəşəm konsert hazırlamaq istəyirəm.
-Şou-biznesdə dostlarınız varmı?
-Şou-biznes camisində dostlarım çoxdur. Mənimlə heç vaxt pul söhbəti etməyiblər. Ədalət Şükürov, Bəhruz Qəlbinur, Ulya Zeynalova, Kazım Sübhan mənə hər zaman təmənnasız kömək ediblər, yanımda olublar. Adlarını çəkdiyim insanların gözü toxdur.
-Toyla konsertin fərqi nədir?
-Toyla konsertin arasında yerlə-göy qədər fərq var. Ayrı-ayrı səhnələrdir. Konsert verən müğənni səhnəyə köklənməlidir.



.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB