Müğənni Şəbnəm Əsədova yaradıcılığındakı yenilikdən söz açıb. SİA-ya açıqlama verən ifaçı Türkiyədə klip çəkdirdiyini söyləyib: "Yeni klip çəkdirmişəm. Super ekran işi alınıb. Klipi Talıb Talenin mənə yazdığı "Lazım" mahnısına lentə aldırmışam. Bəstə ritmikdir. Yay ab-havasına uyğundur. Klip may ayında Türkiyədə ekranlaşdırılıb. Ekran işini azərbaycanlı yox, türkiyəli rejissor çəkib. Ekran işində ancaq özüm çəkilmişəm. Mahnıda Talıb Talenin də səsindən istifadə olunub. Bu kliplə partlayış edəcəm. Hazırda klip üzərində montaj işləri gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB