“Futbol himni”nin təqdimatı keçirildi FOTOLAR

“Futbol himni”nin təqdimatı keçirildi FOTOLAR

Bəstəkar Sevinc Tofiqqızının ərsəyə gətirdiyi "Futbol himni" adlı mahnıya çəkilən klipinin təqdimatını edib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ilk olaraq şəhidlərin ruhu yad edilib, dövlət himni səslənib.

Daha sonra S.Tofiqqızı çıxış edərək, yeni işi ilə bağlı məlumat verib:"Bu yaxınlarda Təhsil Futbol məktəbinin direktoru Pirəli Rəhimovdan təklif aldım. O, bildirdi ki, Təhsil Futbol məktəbimizə bir himn yazım. Mən də razılaşdım. Əvvəlcə istədik ki, kompazisiya şəklində olsun. Sonradan qərara gəldik ki, sözlər də yazaq. Bu işdə bizə Baba Vəziroğlu kömək etdi. Klipdə B.Vəziroğlunun oğlu Kamal da rol alıb. Mahnını Aslan Hüseynov oxudu. Mənim bir çox vətənpərvərlik mövzusunda olan bəstələrimin ifaçısı Aslandır. Bütün bu klipin ərsəyə gəlməsində məktəb rəhbərliyinin dəstəyi böyükdür. Əziyyəti olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, ekran işinin rejissoru Elmar Məmmədovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə