Adı qadın alverində hallanan müğənnidən CAVAB

Adı qadın alverində hallanan müğənnidən CAVAB

Bəzi mətbu orqanların yaydığı məlumata görə, bir müddət öncə məşhur xanım müğənnilərdən biri qadın alveri ittihamı ilə MTN-ə aparılıb. Araşdırmalardan sonra məlum olub ki, həmin şəxs müğənni Şəbnəm Tovuzludur.

Məsələ ilə əlaqədar olaraq Şəbnəm Tovuzlunun özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən ifaçı bunları dedi: "Haqqımda deyilənlərin heç bir əsası yoxdur. Bəzi adamlar sadəcə, boş-boş danışırlar. Zamanında birgə yaşadığım insanla aramızda problemimiz olub və bitib. Həmin ərəfədə də o kəslərin cavabları verildi, kənara çəkildilər. Hazırda bu cür məlumat yenə hansısa müğənninin sifarişi ilə yenidən gündəmə gətirilir. Amma hər şey yaxşıdır. Evimdəyəm, ailəmin yanındayam".

Müğənni barəsində şər-böhtan yayanlara bəd dua etməyi də unutmadı: "Müqəddəs Ramazan ayında mənə bu cür şər atanları yalnız Allaha tapşırıram".

Qeyd edək ki, ötən il müğənninin nazirliyə çağırılması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə