Aparıcı Vüsalə Kərimova el şənliklərindən söz açıb. SİA-ya açıqlama verən aparıcı bunları deyib: "Toylara aparıcı kimi dəvət olunanda gedirəm. Müğənni Yaşar Cəlilov və ansambılla birgə el şənliklərində iştirak edirik. Mənlə Yaşarı musiqiçilərsiz toya dəvət edəndə seçim edirik. Ancaq sayılıb-seçilən insanların el şənliklərində iştirak edirik".
Xanım Kərimova sentyabr ayında yenilik edəcəyi işlər haqda da danışıb: "Bildiyiniz kimi, kanalların birində veriliş aparıram. Proqramda yeni mövsüm üçün dəyişiklik olacaq. Hazırda layihədə edəcəyim yeni işlər üstündə çalışıram. Bundan başqa Yaşar Cəlilovla birgə gözəllik salonu işlədirik. Salonda da bir sıra yeniliklər edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB