Yoxa çıxan Təranə Qumraldan xəbər var AÇIQLAMA

Yoxa çıxan Təranə Qumraldan xəbər var AÇIQLAMA

Müğənni Təranə Qumral son günlər efirlərdə görünməməsinin səbəbini açıqlayıb. SİA-ya danışan ifaçı bunları deyib: "Xeyli vaxtdır ki, efirlərdən, mətbuatdan gizlənirəm. Ancaq işimlə məşğulam. Heç bir kanalın dəvətini qəbul etmirəm. Yalnız el şənliklərində iştirak edirdim. Hazırda isə Ramazan ayı olduğu üçün toylarımız yoxdur. Odur ki, fürsətdən istifadə edib, Musa Musayevlə yaradıcılığımızda yenilik edəcəyik. Musanın bəstələdiyi bir neçə mahnı var ki, onları səsyazma studiyasında lentə aldıracağıq".

İfaçı bu yay mövsümündə istirahət etməyi planlaşdırdıqlarını da söyləyib: " Kiçik qızım üçüncü sinifdə oxuyur. İmtahanlarından uğurla keçdikdən sonra ailəmlə birgə bölgələrimizdə istirahət etməyi düşünürəm. İyul ayında dincəlməyi planlaşdırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə