Deyilənlərə görə, müğənni Manaf Ağayev Ramazan bayramından sonra oğluna toy edəcək. Xəbəri dəqiqləşdirmək üçün ifaçının özü ilə əlaqə saxladıq. SİA-ya açıqlam verən sənətçi xəbəri təkzib etdi: "Övladlarım və özüm haqqında yalnış məlumatlar yazılanda olduqca əsəbləşirəm. İndi də bəzi saytlar yazıb ki, orucluqdan sonra böyük oğlumu evləndirəcəm. Tamamilə yalnış məlumatdır. Çünki oğlum hələ təhsil alır. Ola bilsin ki, kiçik oğlum ondan tez ailə qursun. Oğlumu evləndirsəm də mediaya qapalı olacaq. Hər bir kəsin ailə qayda-qanunları var".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB