Rəssamlar İttifaqının üzvü, rəssam Rüstəm Məmmədovun rəngkarlıq və qrafika işlərindən ibarət ilk fərdi sərgisi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə 50-ə yaxın əsər nümayiş olunub. Nümayiş olunan şəkillər arasında "Ömrün qürub çağı", "Səssizliyin harayı", "Kamanın Habil zirvəsi", "Yüksəliş", "Füzuli ömrü", "Səmazən", "Zəriflik" adlı rəsmlərlə yanaşı, İmaddəddin Nəsimi, Məhəmməd Füzuli, Əmir Teymur, Aşıq Veysəl, Həsən bəy Zərdabi və Fəxrəddin Paşa kimi görkəmli şəxsiyyətləri əks etdirən portretlər də yer alıb.
Qeyd edək ki, sərgini izləməyə gələnlər arasında ictimai xadimlər, müğənnilər, aparıcılar və digər tanınmışlar olub.
(1).jpg)
(1).jpg)
(2).jpg)
(1).jpg)
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB