Əməkdar incəsənət xadimi Baba Vəziroğlu məşhurlardan danışdı AÇIQLAMA

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu məşhurlardan danışdı AÇIQLAMA

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu yeni işlərindən söz açıb. SİA-ya açıqlama verən Baba müəllim çalışdığı müğənnilərin adlarını söyləyib: "Əməkdar artist Teymur Əmrahla yeni mahnı üzərində çalışırıq. Bəstənin musiqisi Kamal Heydərovundur. Mahnının adı artıq bəllidir. Lakin ifaçı mahnının adını surpriz saxlayır. Daha sonra "Səs Azərbaycan" yarışmasının qalibi Emilya Yaqubovaya ikinci bəstəni yazdım. Mahnı "Ən şirin kədərim" adlanır. Bundan başqa bəstəkar Sevinc Tofiqqızı ilə yeni layihə hazırlamışıq. Bəstə "Futbol himni" adlanır. Mahnı ən yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə