Azərbaycanlı müğənni Flora Kərimova ilə duet oxuyacaq AÇIQLAMA

Azərbaycanlı müğənni Flora Kərimova ilə duet oxuyacaq AÇIQLAMA

Müğənni Rövşən Civişov yeniliklərindən söz açıb. SİA-ya açıqlama verən ifaçı yeni klip çəkdirdiyini deyib: "Efirlərdə az görünsəm də, işlərimin başındayam. Dayanmadan çalışıram. Yeni layihələr planlaşdırmışam. Moskvada həyata keçirmək istədiyim yeni layihəm var. Onu tezliklə reallaşdırmağı düşünürəm. Eyni zamanda yeni klip çəkdirirəm. Ekran işini xalq artisti Flora Kərimova ilə birgə çəkdirəcəm. Belə ki, "Yandırdın körpüləri" adlı mahnını duet oxuyacağıq. Ekran işinin rejissoru Türkay Azəridir".

Müğənni duet oxuduğu xalq artisti Flora Kərimovadan da söz açıb: "Mən ancaq Flora xanımla duet oxumaq istəyirəm. Bir neçə dəfə də xalq artistimizlə duetlər səsləndirmişəm. F.Kərimovadan başqa heç kimlə duet oxumağı düşünmürəm. Hətta digər müğənnilərlə duet səsləndirməyim üçün təkliflər gəlib. Lakin qəbul etməmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə