Aktyor Elçin Məmmədli yeni filmdə rol alıb. SİA-ya bu haqda aktyorun özü məlumat verib: "Qarabağ müharibə iştirakçısı İbad Hüseynova həsr olunmuş filmdə rol almışam. Ekran işində İ.Hüseynovu canlandırıram. Bədii filmi rejissor Natiq Novruzov çəkir. Ekran işinin baş prodüseri Rəşad Nuri, quruluşçu operatoru Rövşən Quliyevdir. Qəhrəmanlıqdan bəhs olunan filmin Azərbaycanda, Türkiyədə, Naxçıvanda, Amerikada bir sıra ölkələrdə təqdimatı olacaq. Bütün dünya Azərbaycanın nəyə qadir olduğunu görəcək".



Aktyor yeni mövsümdə iki seriala çəkiləcəyini də deyib: "Hazırda elə dönəmdəyəm ki, gələn təklifləri dəyənləndirmək istəyirəm. Həmin dəvətlər iş həyatımda mənə uğur gətirəcəksə, niyə də qəbul etməyim? Hazırda kanalların birindən 2 serialda oynamaq təklif almışam. Sözügedən ekran işləri sentyabr ayında yayımlanacaq. Hələki danışıqlar gedir".



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB