42 yaşında ata olan Doğuş: "Düşünürəm, dörd-beş uşağımız olsun” FOTO
Türkiyəli müğənni Doğuş və aparıcı xanımı Xoşqədəm Hidayətqızı "Sabah" qəzetinə müsahibə verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, tez-tez kövrələn Doğuş ata olduqdan sonra çox həssaslaşdığını deyib.
Özünü bakılı hesab etdiyini deyən Doğuş əkizlərindən söz açıb: "Həyat yoldaşım əkizləri Bakıda dünyaya gətirmək istəyirdi. Amma mən icazə vermədim. Türk pasportu çox önəmlidir. Bunun dəyərini gələcəkdə daha yaxşı başa düşəcəklər".
Doğuş oğullarının Arda Turan kimi olmasını arzuladığını bildirib:"Vəsiqələrini mən çıxartdırdım. Əlimə alanda yaşadığım həyəcanı və xoşbəxtliyi ifadə edə bilmərəm. Ata olmaq fərqli hissdir. Artıq həyatımız onlara uyğun qurulur. Ailə qurmaq hər şeyi dəyişdirdi. İndi iki övlad bəs etmir. Düşünürəm, dörd-beş uşağımız olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB