Bu gün dünya çempionu, karateçi Rafael Ağayevin toyudur. SİA-ya səbəbkarın özü danışıb: "Bu gün toyumdur. Bir az həyəcanlıyam. Evlənəcəyim xanımı özüm seçmişəm. Xanımım haqda çox danışmaq istəmirəm. Hətta çalışacam ki, toyumdan xanımımla birgə olan şəkillərimi paylaşmayım. Yalnız onu deyim ki, özəl günümdə ailəmlə yanaşı məşhur idman ustaları və bir çox müğənnilər iştirak edəcək. Sənətçilərdən əməkdar artistlər Rəşad İlyasov, İlqar Muradov, Ədalət Şükürov, müğənnilərdən Elnur Məmmədov, Samira Allahverdi olacaq. El şənliyimə 600 nəfər dəvətlidir. Xüsusi ilə qeyd edim ki, şəhər restoranlarının birində baş tutacaq məclis media nümayəndələri üçün qapalı olacaq".
Qeyd edək ki, R.Ağayevin kişi toyu aprelin 17-də baş tutmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB