Aygünün konsertinin aparıcısı bəlli oldu FOTOLAR

Aygünün konsertinin aparıcısı bəlli oldu FOTOLAR

Xalq artisti Aygün Kazımovanın Nabranda baş tutacaq solo konsertindəki geyimləri hazırlanmağa başlayıb. SİA-nın verdiyi xəbərə görə, müğənninin libasları üzərində modelyer Gülya çalışır. A.Kazımova gecə boyunca bir neçə dəfə paltarını dəyişəcəyini bildirib.

İfaçını gecədə on peşəkar rəqqas müşayiət edəcək.

İyunun 18-də istirahət mərkəzində baş tutacaq "Aygün şou"nun aparıcılığı Lamiyə Ələkbərovaya həvalə olunub. Bu günə qədər bir çox konsertlərin aparıcılığını edən L.Ələkbərova tamaşaçılara möhtəşəm gecə vəd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə