Aparıcı İlahə Nizamiqızının müsahibəsini SİA-ya oxucularına təqdim edirik:
-Efirlərdən uzaq düşməyinizə səbəb nədir?
-Televiziyadan kənarlaşmışam. Ancaq şou proqramlarını və el şənliklərini idarə edirəm. Efirlərdən uzaqlaşmağıma səbəb istirahətə ehtiyyacım var.
-Sentyabr ayında yeni veriliş hazırlamaq fikriniz varmı?
- Son zamanlar sevindirici haldır ki, kanallarımızda maraqlı verilişlərin sayı çoxalıb. Amma yeni veriliş hazırlamaq fikrim yoxdur. Çünki ideya qıtlığı yaşayıram. Layihə ərsəyə gətirmək üçün də sponsorlar lazımdır. Yaxşı sponsorlardan təklif gələrsə, yeniliyə imza ataram. Hələ ki, buna hazır deyiləm.
-Bəzi həmkarlarınızın qardaş ölkədəki verilişləri təkrarlayır. Buna münasibətiniz necədir?
- Türkiyədə yayımlanan layihələrin əksəriyyəti də digər ölkələrdən götürülmüş proqramlardır. Aparıcılarımız kanallarda keyfiyyətli, baxımlı verilişlər idarə edirlər. Bu da təbii ki, hamımızı sevindirir.
-Şou-biznesdə düşmənləriniz yoxsa dostlarınız çoxdur?
-İllərdir ki, şou-biznesdəyəm. Şükürlər olsun ki, bu illər ərzində özümə düşmən yox, dostlar qazanmışam. Bu sənətdə sevmədiyim heç kim yoxdur. Hamıya hörmətim var.
-Sosial şəbəkələrin aktiv üzvüsünüz. Hər zaman orada sizi narahat edən məsələləri gündəmə gətirirsiniz. Yeni status paylaşaraq nəyəsə etiraz etmisiniz. Həyatınızda sizi narahat edən məsələlər çoxdur?
-Bəzən həyatımda tərəddüdlər edirəm. Bir müddət öncə ailəmlə bağlı çətinliyim var idi. Hazırda şükürlər olsun hər şey qaydasındadır.
-Səhhətinizdə problemlər var idi. Hazırda özünüzü necə hiss edirsiniz?
-Artıq yaxşıyam. Özümü normal hiss edirəm.
-Bu yay istirahət etməyi düşünürsünüzmü?
-Bildiyiniz kimi, hər il ailəmlə dincəlirəm. Bu mövsüm də ənənəmə sadiq qalacam. Belə ki, uşaqlarımla birgə Türkiyədə istirahət edəcəm. Eyni zamanda Azərbaycanın gözəl guşələrində dincəlməyi planlaşdırmışam.
-Görkəminizdə xeyli dəyişiklik etmisiniz. Hazırda neçə kiloqramsınız?
-Bəli, xeyli arıqlamışam. Hədsiz kök idim. Ancaq yenə də çəkimi azaltmaq istəyirəm. Hazırda 60 kiloqramam. Çəkim artanda özümü narahat hiss edirəm. Çalışıram ki, düzgün qidalanım. Çünki kökəlmək kimi fikrim yoxdur. İnsan nə qədər arıq olsa, bir o qədər yaxşı görünür.
-İlahə Nizamiqızı yenidən ailə qurmağı düşünürmü?
-Bir neçə il bundan öncə nikaha girmək istərdim. Hazırda qətiyyən bu haqda düşünmürəm. Mənim ailəm övladlarım, anam, bacım, qardaşımdır. Amma "heç vaxt" sözünü demirəm. Çünki Allah elə yerdən qapı açar ki, ərə getmək fikrinə düşərəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB