Röya Miri Yusiflə bir arada

Əməkdar artist Röya Ayxanla müğənni Miri Yusif bir araya gələcək. İfaçılar duet oxuyacaq. Bu haqda M.Yusif özü məlumat verib. O, mahnının hazırda yazıldığını bildirib: "Sənətimdə fasilə vermirəm. Hər zaman da çalışqan insanlarla işləyirəm. Birlikdə keyfiyətli iş görməliyik. Röya da mükəmməl və peşəkardır". Qeyd edək ki, bu müğənnilərin ilk dueti deyil. Röya və Miri Yusif bundan əvvəl "Biz qalib olmalıyıq" mahnısını duet şəklində oxuyub. (Axşam.az)

Bütün xəbərlər Facebook səhifəmizdə