"Paramparça" serialının aktyoru Erkan Petekkayanın yeni tərəf müqabili Şükran Ovalı haqda dedi-qodular gəzir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisanın Erkanla münasibətlərinin yaxşı olmadığı və serialdan ayrılacağı deyilir.
Məsələ ilə bağlı olaraq Erkan Petekkaya münasibət bildirib. O, aktrisa ilə sosial şəbəkədə şəklini paylaşaraq bu sözləri qeyd edib: "Şükranla yaxın dostuq. Onunla dalaşmaq niyyətində deyiləm. Yalan və əsassız xəbərlərə etibar etməyin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB