Aktyor Fərda Xudaverdiyev yeniliyə imza atır. SİA-ya bu haqda aktyorun özü danışıb: "Tezliklə "Naxox 2" adlı filmlə tamaşaçıların qarşısına gələcəm. Artıq ekran işi çəkilir. Düşünürəm ki, bu film də tamaşaçılar tərəfindən kinoteatrlarda baxılaraq, seviləcək. "Xoxan" filmi kimi alqışlarla qarşılanacaq. Bundan başqa bu ilin sonuna qədər yenidən "Stand up show" veməyi düşünürəm. Çünki tamaşaçılar bunu məndən tələb edir".
Qeyd edək ki, F.Xudaverdiyev hazırda Türkiyədədir. Aktyor qardaş ölkədən gələn seriala çəkilmək təklifini dəyərləndirməyi düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB