Nadir Əzməmmədov seriala çəkildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov yeni teleseriala çəkilib. SİA-nın məlumatına görə, Nadir Əzməmmədov efirdə yayımlanan "Vicdan" haqqı" teleserialında rol alıb. QSC sözçüsü serialda Saleh Rzayev obrazını canlandırır. Mətbuat katibi bundan öncə rejissor Rövşən İsaqın "Sonuncu fəsil" serialında Mamed obrazında çəkilib.

Qeyd edək ki, Nadir Əzməmmədov "Nəsimi", "Qara Volqa", "Asif, Vasif, Ağasif", "Od içində", "Yaramaz" və s. kimi filmlərdə də rol alıb.

Nadir Əzməmmədov seriala çəkildi -  Foto
Nadir Əzməmmədov seriala çəkildi -  Foto

Bütün xəbərlər Facebook səhifəmizdə