52 yaşlı subay aktrisa: "Heç vaxt ana olmaq istəməmişəm" FOTOLAR

52 yaşlı subay aktrisa: "Heç vaxt ana olmaq istəməmişəm" FOTOLAR

Aktrisa-müğənni Yonca Evcimik şəxsi həyatı ilə bağlı heç kimin gözləmədiyi etiraflar edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, bunları deyib: "Cinsi əlaqə insanlara yemək-içmək, nəfəs qədər önəmlidir. Valideynlərimiz sevişiblər ki, biz dünyaya gələk. Burada qeyri-adi nə var? Sekslə məşğul olmaq gizli qalmamalıdır".

Aktrisa səhhəti haqda da danışıb: "52 yaşım var. Hələ də enerjim yüksəkdir. Mənim yaşımda yüzlərlə insan var. Amma mənim qədər enerjiyə malik deyillər. Səhhətimlə bağlı da heç bir problemlərim yoxdur. Bütün orqanlarımdan razıyam. Əgər səhhətimin yaxşı olmasına inanmırsınızsa, həkimimdən mən haqda maraqlana bilərsiniz".

Müğənni bundan sonra ərə getmək istəmədiyini söyləyib: "Hələ ailə qurmamışam. Amma bunu özümə dərd etmirəm. Bundan sonra da evliliyi düşünmürəm. Ailə dəyərlərinə güvənim qalmayıb. Çünki son 2-3 il ərzində boşanmaların sayı çoxalıb".

Yonca Evcimik ana olmaq istəmədiyini deyib: "Bilirsiniz ki, hər zaman filmlərimlə və mahnılarımla uşaqların sevimlisi olmuşam. Uşaq fanatlarımın sevgisi mənə bəsdir. Ana olmaq kimi fikrim yoxdur. Dünyaya uşaq gətirmək mənə çətin gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə