Türkiyənin məşhur cütlüyü aktrisa Beren Saat və müğənni Kenan Doğulu partidən çıxarkən jurnalistlərin fotokameralarına yaxalanıblar. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, gecə saatlarına qədər əylənən cütlük jurnalistlərin fotokameralarının hədəfinə çevrilməmək üçün arxa qapıdan məkanı tərk etmək istəyiblər. Lakin onların bu cəhdləri boşa çıxıb. Belə ki, media nümayəndələri Beren Saatla Kenan Doğulunu arxa qapıda yaxalayaraq "Yeni maşınınız xeyirli olsun" deyiblər. Cütlük jurnalistlərə cavab vermədən məkandan uzaqlaşıblar.
Qeyd edək ki, müğənni Kenan Doğulunun yeni idarə etdiyi avtomobilin qiyməti 132 min dəyərindədir.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB