Əməkdar artist Abbas Bağırov artıq sosial şəbəkələrdə yoxdur. SİA-nın veriyi xəbərə görə, müğənni bu haqda "İnstagram" səhifəsində yazıb: "Sosial şəbəkəni dəyərli vaxtımın boşa getməsi kimi qəbul edirəm. Ona görə də 1 ay, bəlkə də daha çox heç bir sosial şəbəkədən istifadə etməyəcəm. Özümə inanıram və güvənirəm. Çünki bugünə kimi çox nəticələr gördüm. İyunun 1-dən iyulun 1-nə kimi sosial şəbəkələrdən ayrı qalacam. Belə daha yaxşı olacaq. Siz də edin və görün ki, bu sosial həyat nə qədər pisliklər edir. Elə dünyadakı müharibənin də ilk səbəbkarı sosial şəbəkədir. Hələ başqa dəhşətlərdən danışmıram. Yəqin ki, məni anlayacaqsınız, xahiş edirəm mənə heç bir mesaj yazmayın. Çünki yazdıqlarınızı oxumuram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB