Aktyor bəstəkar xanımın klipində AÇIQLAMA-FOTOLAR

Aktyor bəstəkar xanımın klipində AÇIQLAMA-FOTOLAR

Aktyor Ruslan Sabirli bəstəkar Sevinc Ağasıyeva ilə iş birliyinə başlayıb. SİA-ya bu haqda açıqlama verən aktyor bəstəkar xanımla eyni klipdə rol aldığını bildirib: "Sevinc xanımın bəstələdiyi "Dejavyu" adlı ekran işinə çəkilmişəm. Klipdə sujet xətti var. Ekran işi iki nəfərin görüşməsi zamanı dejavyu hissini yaşamasından bəhs edir. Maraqlı kompozisiyadır. Tezliklə klipin təqdimatını edəcəyik".

Aktyor seriallar haqda da danışıb: "Seriallarla bağlı vəziyyət faciəvidir. Hazırda Tiflisdə olduğum üçün serial təkliflərini qəbul edə bilmirəm. Həm də istərdim ki, iş həyatımda uğurlu layihələrə imza atım. Uğursuz serialda və filmdə rol almaq maraqsızdır".

Bütün xəbərlər Facebook səhifəmizdə